Vəziyyət getdikcə GƏRGİNLƏŞİR: İnsanlar qorxu içindədirlər

25 Yanvar 2020 23:17

Çində koronavirusa yoluxanların sayı artıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hazırda ölkədə 1372 nəfərdə pnevmaniyanın yeni növü qeydə alınıb. Onlardan 41-i ölüb.

39 nəfər isə sağalıb və xəstəxanalardan evlərinə buraxılıb.

Qeyd edək ki, Çinin 25 vilayətində və bəzi muxtar şəhərlərində ən yüksək səviyyədə fövqəladə vəziyyət elan olunub.

Milli.Az