Braziliyada təbii fəlakət nəticəsində 23 nəfər öldü

25 Yanvar 2020 23:08

Braziliyanın Minas-Jerays ştatında ölkəyə yağan aramsız yağış və torpaq sürüşmələri nəticəsində 14 nəfər həyatını itirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,   bu barədə "Qlobu" telekanalı xəbər verib.

Həmçinin 7 nəfərin xəsarət aldığı bildirilir. Ştatın 2500-ə yaxın sakini evsiz qalıb.

Hazırda təbii fəlakət zonasında xilasedicilər işləyir. Onların dağıntıları aradan qaldırır. Eləcə də itkin düşmüş şəxslərin axtatışları davam etdirilir.

Espiritu-Santu ştatında isə bir həftə davam edən aramsız yağışlar nəticəsində 3 mindən çox insan küçələrdə qalıb, 9 nəfər həyatını itirib.

Sinoptikllər hava şəraitinin yaxın zamanda yaxşılaşağını vəd etmir.

Milli.Az