Sumqayıtda kafedə ölüm hadisəsi baş verib

25 Yanvar 2020 23:06

Sumqayıt şəhərində 52 yaşlı kişi kafedə ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən kafelərdən birində qeydə alınıb.

Belə ki, kafedə yeyib-içən Sumqayıt şəhər 18-ci mikrorayon sakini, 1968-ci il təvəllüdlü Rüstəm Hüseyn oğlu Mehdiyev ürək çatışmazlığından ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Milli.Az