Tovuzda yaşayış binası yanıb

25 Yanvar 2020 22:31

Tovuzda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tovuz rayonunun Qovlar şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 3 otaqlı mənzilin eyvanının tavanı 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az