Millimizdən növbəti qələbə

25 Yanvar 2020 20:47

Antalyada hazırlıq prosesi keçən 19 yaşlılardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Samir Əliyevin kollektivi Makedoniyanın U-19 yığması ilə üz-üzə gəlib. Matç yığmamızın qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu Camal Cəfərov vurub.

Qeyd edək ki, milli bundan əvvəl "Alnyaspor"un 19 yaşlılardan ibarət kollektivi ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib.

Milli.Az