Ağsuda 2 otaqlı ev yanıb

25 Yanvar 2020 19:24

Ağsu rayonunda 2 otaqlı ev yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az