“AtaBank”da ölüm hadisəsi - Müştəri ilə mübahisə edən bank əməkdaşı vəfat etdi

25 Yanvar 2020 15:41

Ötən gün "AtaBank"da ölüm hadisəsi baş verib.

Milli.Az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə bankın Ş.Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən Baş ofisində qeydə alınıb.

Müştəri ilə mübahisə edən Ramilə adlı əməliyyatçının dili qatlanıb və o, iş yerində keçinib.

Qeyd edək ki, son günlər "AtaBank"ın müflis olması ilə bağlı xəbərlər yayılmaqdadır. Bankın sabiq Vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilir.

Milli.Az