ABŞ-ın dövlət katibi Ukraynaya dair israrla sual verən jurnalistə bağırdı

25 Yanvar 2020 15:25

ABŞ dövlət katibi Maykl Pompeo ölkənin tanınmış jurnalistlərindən Meri Luiz Kellini müsahibə gedişində kobud şəkildə danlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə məlumat reportyorun çalışdığı "National Public Radio" (NPR) tərəfindən yayılıb.

Radiostansiyanın xəbərinə görə, müsahibə Vaşinqtonda Dövlət Departamentinin binasında baş tutub. Meri Kellinin bildirdiyinə əsasən, ABŞ xarici siyasət idarəsinin başçısı onun Ukraynadakı keçmiş səfir Meri Yovanoviçin qovulması ilə bağlı israrlı suallarına cavab verməkdən boyun qaçırıb. Dövlət katibi müsahibənın yalnız İran əttafındakı situasiya barədə olmasıyla bağlı əvvəlcədən razılaşdığını deyib. Lkin jurnalist heç bir razılaşmanın olmadığını iddia edir.

Mari Luiz Kelli dövlət katbindən hansı səbəbdən ölkənin təcrübəli kadr diplomatlardan birini prezident qarşısında müdafiə etmədiyini xəbər alıb.

Ötən ilin oktyabr ayının 16-da dövlət katibinin keçmiş müşaviri Maykl Makkinli Konqresdə ifadə verərkən prezident Donald Trampın xarici ölkədəki səfirləri yalnız öz daxili siyasi məqsədləri üçün çalışmağa məcbur etdiyi barədə cümlə işlədib. M.Makkinli məhz həmin səbəblərdən öz postunu tərk etdiyi Nümayəndələr palatasının üzvlərinin diqqətinə çatdırıb.

Meri Yovanoviç isə Donald Trampın rəqibi Co Baydenə qarşı kompromat material tapmasına yardım göstərmədiyi üçün prezidentin qəzəbinə tuş gəlib.

Bütün bunlar barədə sual verildiyi zaman dövlət katibi Maykl Pompeo müsahibəni qəfildən yarıda kəsib və studiyanı tərk edib. Kellidən isə onun arxasınca getmək və özü ilə hər hansı səsyazma cihazı götürməmək tapşırılıb. Maykl Pompeo jurnalistlə ayrı otaqa keçərək onu üstünə qışqırmağa və hətta mövzu ilə əlaəqdar senzuradan kənar ifadələr işlətməyə başlayıb.

ABŞ rəsmisi jurnalistə "sizcə, amerikalıların Ukraynada nə işi ola bilər" deyə ritorik sual da ünvanlayıb. O, hətta Kellidən xəritədə Ukraynanın yerini bilib-bilmədiyini də xəbər alıb. Dövlət katibinin göstərişi ilə otağa ölkələrin adlarının göstərilmədiyi dünya xəritəsi gətirlib və Pompeo ondan Ukraynanı tapmasını istəyib. Mari Luiz Kelli tərəddüd etmədən Ukraynanı göstərdiyini, bundan sonra isə dövlət katibinin üzünü döndərərək təxirəsalınmaz işləri olduğu dedikdən sonra getdiyini bildirib.

Milli.Az