Rusiyanın bazarında güclü yanğın oldu - VİDEO

25 Yanvar 2020 14:19

Vladivostokda yerləşən ərzaq bazarında yanğın hadisəsi baş verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yanğın bazarın anbarında meydana gəlib.

Alov min kvadrat metr sahəni əhatə edib.

Rəsmi məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Milli.Az