PUBG Mobile oynadı – ÖLDÜ

28 Yanvar 2020 21:55

"PUBG Mobile" oyunu Azərbaycan daxil dünyanın bir çox ölkəsində populyarlıq qazanıb. Maraqlı məzmununa baxmayaraq, oyunun sui-istifadəsi pis nəticələrə gətirib çıxarır.

Milli.Az ted.az-a istinadən bildirir ki, 27 yaşlı Hindistanlı gənc "PUBG" oynadığı zaman dünyasını dəyişib.

Harşal Devidas Memane insult və 2 dəfə infarkt keçirərək dünyasını dəyişib.

Məlumata əsasən, Hindistan vətəndaşı 2 ilə yaxın virtual döyüşlərdə iştirak edib. 1 il ərzində işsiz qalan gənc bütün vaxtını "PUBG"yə sərf edib. Gecə gündüz oyun oynayan Harşal stressə dözməyərək dünyasını dəyişib.

Milli.Az