Bu ölkədə koronavirusa üç yoluxma halı qeydə alınıb

26 Yanvar 2020 04:30

Yanvarın 25-də Malayziyanın Səhiyyə naziri Culkefli Əhməd ölkədə üç nəfərin koronavirusa yoluxduğu barədə bəyanatla çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər üç hal Cohor Baru şəhərində qeydə alınıb.

Xəstələrin hamısının Çin vətəndaşı olduğu bildirilir. Onların hamısının hazırda Sinqapurda müalicə olunan 66 yaşlı kişi ilə sıx əlaqədə olduğu qeyd edilir.

Milli.Az