Ata uşağı üçün özünü sipər etdi - Zəlzələdən təsirli FOTO - VİDEO

25 Yanvar 2020 10:28

Türkiyədə baş verən zəlzələ ilə bağlı sosial şəbəkələrdə yayılan foto diqqət çəkib.

Milli.Az bildirir ki, yayılan fotoda atanın övladının dağıntılar altında qalıb xəsarət almaması üçün onun üstünə uzanması əks olunub.

Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ vilayətində baş verən 6.8 ballıq zəlzələ nəticəsində 20 nəfər ölüb, 1000-ə yaxın yaralı var. Zəlzələ Türkiyənin 4 vilayətində hiss olunub, yüzlərlə tikiliyə ciddi ziyan dəyib.

Emin
Milli.Az