Gonbul qonşu qurbanı: havada 7 saat ayaqda qaldı - FOTO

25 Noyabr 2011 13:50
Səbəb isə onun yanındakı oturacaqda yayxanmış ifrat dərəcədə kök "qonşu"nun öz yeri ilə yanaşı, biçarə sərnişinin də yerini tutması idi.

Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, təyyarədə boş oturacaq olmadığından 7 saat ayaq üstə qalmış Artur Berkovits aviaşirkətin təklif etdiyi kompensasiyanı qəbul etməyib.

Hadisə "US Airways" şirkətinin 901 saylı Ankoric-Filadelfiya reysi ilə uçan təyyarəsində baş verib.
"Çəkisi təxminən 160 kq olan kişi yanımdakı oturacağa yayxandığı üçün öz yerimə keçib otura bilmədim. Bu kişi çox kökdü və o, mənim yerimin də yarısını tutmuşdu",  - 57 yaşlı Berkovits deyib.

Aviaşirkət ona təzminat qismində 200 dollar təklif edib. Halbuki Berkovits aviabilet üçün 800 dollar ödəmişdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.