Yer kürəsinə diametri bir kilometrə yaxın olan asteroid yaxınlaşır

25 Yanvar 2020 09:22

Yer kürəsinə diametri bir kilometrə yaxın olan asteroid yaxınlaşır. Diametri 440 metrdən 990 metrə qədər asteroid fevralda Yerə yaxın məsafədən keçəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə NASA xəbər yayıb.

Asteroid fevralın 15-də Yerə ən yaxın məsafədə yaxınlaşacaq ki, bu da planetimizdən Aya qədərki məsafədən 15 dəfə uzaqdır.

163373 nömrəli asteroid 23 oktyabr 1995-ci ildə keşf edilib. O, uçuş trayektoriyaları Yerin orbitindən keçdikləri üçün potensial təhlükəli sayılan "Apollonlar" qrupuna aiddir.

Bildirilir ki, planetimizə yaxın növbəti belə tipli asteroidin uçuşu 2075-ci ildə gözlənilir.

Milli.Az