Əmrah boşanması haqda danışdı

25 Yanvar 2020 18:45

Türkiyəli müğənni Əmrah həyat yoldaşı Sibel Kirer ilə boşanması xəbərlərinə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yayılan iddialara əsəbiləşən ifaçı xeyli təəccübləndiyini söyləyib.

Hazırda Bodrumda olan müğənni, hər ailədə olduğu kimi problemlər yaşadıqlarını, ancaq boşanma haqqında düşünmədiklərini dilə gətirib.

Qeyd edək ki, cütlüyün Eleysa və Elyesa adlı iki qızı var.

Milli.Az