"Qarabağ"ın Antalyada son məşqi - FOTO

25 Yanvar 2020 08:53

"Qarabağ" ötən gün Antalyada qış toplanışında sonuncu məşqinə çıxıb.
 
Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) start götürüb. İsinmə hərəkətlərinin ardından futbolçularımız toplu və taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.

"Qarabağ" bu gün Bakı vaxtıyla saat 12:30-da Çexiyanın "Siqma" klubuyla, 18:30-da isə Polşa təmsilçisi "Vİsla" (Plok) ilə yoxlama matçı keçirəcək.

Milli.Az