Lerik sakini Bakıda naməlum şəraitdə bıçaqlanıb

25 Yanvar 2020 08:33

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Gülçülük sovxozu yaşayış massivində Lerik rayon sakini, 2000-ci il təvəllüdlü Cəfərov Rüfət Araz oğlu naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az