Peruda sərnişin təyyarəsi təcili olaraq eniş edib

25 Yanvar 2020 08:13

Sərnişin təyyarəsi göyərtədə partlayıcı qurğunun olması barədə xəbərdarlıqla əlaqədar Perunun Pisko şəhərindəki hava limanına təcili eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Təyyarənin Respublikanın paytaxtı Limadan Huliyaku şəhərinə daxili uçuş etdiyi bildirilir. Enişdən sonra təyyarədəki 118 sərnişin və ekipaj üzvləri təxliyə edilib. Hadisə yerinə polislər cəlb olunub.

Hava limanı fəaliyyətini dayandırıb, terminala giriş yoxlanışın sonuna qədər bağlıdır.

Milli.Az