ABŞ günlər sonra etiraf etdi - "34 hərbçimiz yaralanıb"

24 Yanvar 2020 22:50

İranın yanvarın 8-də ABŞ-ın İraqdakı hərbi bazasına 15 raket zərbəsi nəticəsində 34 amerikalı əsgər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı günlər sonra Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman açıqlayıb. Onun sözlərinə göeə, 8 hərbçi hazırda ABŞ-da, 9-u isə Almaniyada xəstəxanadadır. Digər hərbçilər isə müalicədən sonra İraqdakı hərbi hissələrinə qayıdıblar.

Xatırladaq ki, daha əvvəl Prezident Donald Tramp açıqlaması zamanı raket zərbələri nəticəsində heç bir əsgərin yaralanmadığını bildirmişdi.

Milli.Az