Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatdı - YENİLƏNİB - VİDEO - FOTO

25 Yanvar 2020 10:23

10:23

Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş verən ardıcıl zəlzələlərdə 21 nəfər həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.

----------------
25.01.2019
06:58

Türkiyənin şərqindəki Elaziğdə yerli vaxtla saat 03:48 və 03:57-də 4,3 və 4,1 gücündə daha iki yeraltı təkanlar qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş verən ardıcıl zəlzələlərdə 19 nəfər həlak olub, 782 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca zəlzələ ilə bağlı açıqlamasında deyib.

Ölənlərdən 13 nəfər Elazığda, 5 nəfər isə Malatyada dünyasını dəyişib. Yaralıların isə 553 nəfər olduğu bildirilib.

Qeyd edək ki, Elazığda 30 nəfər dağıntılar altında qalıb. Malatyada isə dağıntı altında qalan yoxdur.

03:11

Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakət bölgəsinə çox sayda ağır texnika cəlb olunub.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, 18 nəfərin öldüyü təsdiqlənib. Elaziğdə 405, Malatyada 148 yaralı olduğu bildirilir.

-----------

01:37

Trend türk KİV-lərinə istinadən məlumat verir ki, Elazığın Sivrice vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı Elazığda 8-ə, Malatyada 6-ya yüksəlib.

-----------------

24.01.2019

23:40

Türkiyədə saat 21:08-də 5.4 bal gücündə ikinci, 21:17-də 5.1 bal gücündə üçüncü zəlzələ baş verib. Dörd nəfərin öldüyü bildirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Nazirin sözlərinə görə, dağılan və zərər dəymiş tikintilər var.

----------

22:31

Elazığda 6.5 bal gücündə zəlzələ baş verib.

Trend-in turk KİV-lərinə istinadən verdiyi məlumata görə, Elazıqın Sivrice əyalətində meydana gələn zəlzələ bir çox vilayətdə hiss edilib. Zəlzələnin miqyasını 6.8 bal gücündə olmağı bildirilir.

Milli.Az