AMEA-da yeni TƏYİNAT

24 Yanvar 2020 21:24

AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Eyni zamanda tarix elmləri doktoru Nəcəf Müseyibli AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Milli.Az