"Beşiktaş" Abdullah Avcı ilə yollarını ayırdı

24 Yanvar 2020 21:57

"Beşiktaş" baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Türkiyə klubu bunu uğursuz nəticələrlə əlaqələndirib.

İstanbul nəhəngi rəsmi saytı vasitəsilə Avcı ilə vidalaşdığını bəyan edib: "İdarə Heyətimiz Abdullah Avcı ilə yolları ayırmaq qərarına gəlib. Ona xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".

"Beşiktaş"da baş məşqçi postuna ən real namizəd Sərgən Yalçın göstərilir.

Milli.Az