48 kq 181 kq-a qalib gəldi

25 Noyabr 2011 17:02
Milli.Az xəbər portalı bildirir ki, qarınqulu olması ilə ad çıxararaq analoji yarışlarda dəfələrlə qalib gəlmiş "Qara dul" ləqəbli Sonya Tomas çəkisinin 48 kq olmasına rəğmən, 181 kiloqramlıq rəqibi Erik Bukerslə mübarizə aparıb.

Tomas mübarizəsində yenə də hamını heyrətləndirib və 10 dəqiqə ərzində kişi rəqibləri ilə müqayisədə, daha çox hind toyuğu yeyərək yarışda qalib gəlib.

181 kiloluq Erik Bukerin dediyinə görə, "Qara dul"un bacarığına və ən başlıcası, tamahına heyran qalıb.

Virctiniya ştatında restoran işlədən Tomas çempionatda qalib gələrək 1581 dollar məbləğində pul mükafatına yiyələnib.

Sentyabrda keçirilmiş başqa bir yarışda isə Sonya Tomas 12 dəqiqədə 183 toyuq qanadı yeyərək rekord vurmuşdu.

Milli.Az