Metroda nasazlıq olub, sıxlıq yaranıb - FOTO

24 Yanvar 2020 19:21

Bakı Metropolitenin "Elmlər Akademiyası" stansiyasında qatarların birində problem yaşanıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, sərnişinlərdən biri vaqonda "təcili çıxış" düyməsini sıxıb və nəticədə qatarın qapıları bağlanmayıb.

Problem aradan qaldırılmadığı üçün sərnişinlər stansiyada boşaldılıb və qatar "İnşaatçılar"stansiyasına göndərilib. Orada problem aradan qaldırılandan sonra qatar xəttə davam edib. Qatarların intervalında gecikmə olmayıb. Hadisə təzə gətirilən qatarda baş verib.

Baş vermiş nasazlıq səbəbindən "Elmlər Akademiyası" stansiyasında sərnişin sıxlığı yaranıb.

Milli.Az