Tolikin Eltonla yolları ayrıldı - 6 ildən sonra... - FOTO

24 Yanvar 2020 16:19

Prodüser Tarix Əliyevin (Tolik) 6 ildir prodüserliyini etdiyi Elton Hüseynəliyev ilə iş birliyi başa çatıb.

Milli.Az xəbər verir ki, bu haqda prodüser özü "Hər şey daxil"də məlumat verib.

Tolik bu qərarı vermə səbəbini də açıqlayıb:

"Bu qərarı verməyimdə işlə bağlı heç bir problemim olmayıb. Aparıcılıq etdiyimə görə Eltonun bəzi işlərində onun yanında ola bilmirdim".
 
Məhəmməd Vaqif
Milli.Az