Oğurluq etdi - Sürüşüb ayağını sındırdı

24 Yanvar 2020 18:14

ABŞ-ın Linkoln şəhərində oğurluq zamanı maraqlı hadisə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iki nəfər evlərdən birində oğurluq edəndən sonra, canilərdən biri buzda sürüşərək ayağını sındırıb.

Hadisəni görən şahid polisə bu barədə xəbər verib. Oğrular yük maşınına minərək hadisə yerindən uzaqlaşıblar.

Bununla belə, xəstəxanadan polisə ayağı sınan şəxsin müraciəti ilə bağlı məlumat daxil olub. Xəstəxanaya gələn polis hər iki nəfəri saxlayıb.

Evdən oğurlanan televizor, pul qabı və telefon xəstəxananın yanında dayanan yük maşınında tapılıb.

Milli.Az