“Azneft”də yeni təyinatlar olub - FOTO

24 Yanvar 2020 16:04

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində yeni təyinatlar olub.

İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, Elmir Qaragözov qurumun baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov baş mühəndisin hasilat üzrə müavini təyin olunub.

"Azneft"də yeni təyinatlarla bağlı təqdimat mərasimi keçirilib.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib.

Milli.Az