Həmidə Ömərova professor oldu

24 Yanvar 2020 17:04

Xalq artisti Həmidə Ömərova "professor" elmi adına layiq görülüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məlumat verilib. Universitetin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edən aktrisanı sənət dostları da sosial şəbəkədə təbrik edib.

Qeyd edək ki, sənətçi Prezidentin fərdi təqaüdçüsüdür. İndiyədək onlarla tamaşa və filmdə rol alan H.Ömərova hazırda "Ata ocağı" serialına çəkilir.

Milli.Az