Elmdə inqilab: 3 min illik mumya danışdı - VİDEO

24 Yanvar 2020 16:24

Alimlər qədim Misir mumiyasının səsini bərpa ediblər.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Britaniyada tədqiqatçılar ölülərin danışdıqlarını sübut ediblər.

Onlar 3000-dən çox yaşı olan Misir mumiyasının səsini bərpa edə biliblər.

Mumyalanmış cəsəd 50 yaşında vəfat edən qədim Misir keşişinə aid olub.
Onlar hesablanmış kompyuter tomoqrafiya kombinasiyasından, 3D çap və elektron boğazının birləşməsindən istifadə edərək, bir neçə səsin səslənməsini əldə ediblər.

Milli.Az