Sifariş apardığı pizzaya tüpürən kuryerə ağır cəza

24 Yanvar 2020 22:17

Türkiyənin Əskişəhər şəhərində sifariş apardığı pizzaya tüpürən kuryer Burak S.-ə ağır cəza tələb olunub.

Milli.Az xəbər verir ki, kuryer 2 ayrı cinayətə görə 18 ilə qədər həbs cəzasına məhkum edilə bilər.

O, "istifadə ediləcək hər növ qida maddələrinə zəhər qataraq və ya başqa üsullarla keyfiyyətinə zərər vuraraq insanların həyatına və sağlamlığına təhlükə yaratmaq" və "məhsula zərər vurmaqda" ittiham edilir.

Qeyd edək ki, Burak S. 24 dekabr 2017-ci ildə sifariş olaraq apardığı pizzanı binanın içərisində açaraq üzərinə tüpürüb və olayı telefonunun kamerası ilə görüntüləyib. Hadisəni təhlükəsizlik kamerasından izləyən bir nəfər pizzanı sifariş verən şəxsə bildirdikdən sonra polisə müraciət olunub.

İttiham edilən şəxs daha əvvəl məhkəmənin qərarı ilə 4 min TL cərimə ödəyib. (publika.az)

Milli.Az