Bakıda qanunsuz avtomobil parklanması küçədə hərəkəti iflic etdi - VİDEO

24 Yanvar 2020 15:34

Bakıda avtomobil yolu bağlayıb.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb:

""Mercedes ML" markalı avtomobilin qeyri-qanuni park edilməsi təxminən yarım saat müddətinə Zərgərpalan küçəsində hərəkətin dayanmasına səbəb olub. Bu müddətdə küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb. Əməkdaşlarımız avtombili ərazidən təxliyə edib".

Milli.Az