Qarabağda iki erməni hərbçisi yaralanıb

24 Yanvar 2020 15:59

İşğal altında olan Dağlıq Qarabağda Ermənistan qoşunlarının iki hərbçisi yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident işğal olunmuş bölgədə yerləşən hərbi hissələrin birində baş verib.

Hadisə nəticəsində 19 yaşlı Henri-Ayk Zakaryan ağır yaralanıb, adı açıqlanmayan digər hərbçinin vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Milli.Az