Günün təamı - "Bostan" salatı
3 Dekabr 2011 07:00
İnqradientlər:
200 q soyutma mal əti
1 çuğundur
1 baş soğan
1/5 kələm
150-200 q koreya üsulu yerkökü
mayonez
çips
sirkə
bitki yağı
Əvvəlcə soğanı marinə edin. Onu halqa doğrayın, kasaya yığıb üzərinə 1-2 qaşıq sirkə tökün, 1,5-2 saatlığa soyuq yerə qoyun.
Koreya üsulu yerkökünü hazırlamaq üçün 500 q kökü saman kimi doğrayın. Sarımsağı və keşniş toxumunu əzin, duz, qırmızı və qara istiot, duz, 1 çimdik şəkər tozu ilə birlikdə yerkökü ilə qarışdırın. Bir soğanı çox xırda doğrayıb yağda qızardın. Sonra soğanı yağdan çıxarın. Yağı qaynar-qaynar kökün üzərinə gəzdirin. Sonra buna 1,5-2 x.q. sirkə də əlavə edib qarışdırın.
Çuğunduru təmizləyin. Sürtgəcin iri gözündən keçirin. Yumşalanadək, təxminən 10-15 dəqiqə bitki yağında qızardın. Kələmi doğrayın.
Əti xırda dilimlərə doğrayın.
Bunları qaba yığın. Ortasına mayonez qoyun. Üzərinə xırdalanmış çips səpin.
Nuş olsun!
Milli.Az