Aprelin 17-nə olan hava proqnozu

17 Aprel 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq.
Şimal küləyi əsəcək, gündüz zəif cənub küləyinə keçəcək.
 
Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Milli.Az