Dünyanın ən kiçik qızıl sikkəsi buraxılıb - FOTO

24 Yanvar 2020 20:44

İsveçrə zərbxanası dünyanın ən kiçik qızıl sikkəsini istehsal edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, üzərində Albert Eynşteynin məşhur şəkli əks olunan sikkənin dəyəri İsveçrə frankının dörddə birinə bərabərdir.

Qızıl sikkənin çəkisi 60 milliqram, diametri isə təxminən 3 millimetrdir.

Sikkədə təsvir olunan şəkli adi gözlə görmək mümkün olmadığı üçün pul böyüdücü şüşə və işıqlandırma qurğusu ilə birgə buraxılıb.

Milli.Az