İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir - Corc Dik

24 Yanvar 2020 12:19

"İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib.

O bildirib ki, İsrail ölkələr arasında əldə olunan istənilən sazişi dəstəkləyəcək:

"Biz münaqişənin nə olduğunu bilirik və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT Minsk qrupu həmsədrlərinin səylərini tam dəstəkləyirik. İsrail ölkələr arasında əldə olunan istənilən sazişi dəstəkləyəcək".

Milli.Az