"Qalatasaray" müdafiəçisini icarəyə verdi

24 Yanvar 2020 13:14

"Qalatasaray" müdafiəçisi Emre Taşdemiri icarəyə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc futbolçu mövsümün qalan hissəsini "Kayserispor"da keçirəcək.

Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.

Kayserispor yarım mövsümlük icarə haqqı olaraq "Qalatasaray"a 600 min TL vəsait ödəyəcək. Üstəlik, icarə müddətində futbolçunun bütün məvacibləri Kayseri klubu tərəfindən ödəniləcək.

Emre Taşdemir ötən mövsümün dövrələrarası fasiləsi zamanı "Bursaspor"dan ayrılaraq "Qalatasaray"a keçmişdi. O, İstanbul klubunun heyətində Super Liqada 13, Türkiyə kubokunda 4 oyun keçirib.

Milli.Az