ABŞ-da kuryer işləyən “Avroviziya” təmsilçimiz oğlu ilə - FOTO

24 Yanvar 2020 20:34

Yeddi il öncə İsveçrədə Azərbaycanı "Avroviziya" beynəlxalq musiqi müsabiqəsində "Hold me" bəstəsi ilə təmsil edən Fərid Məmmədov oğlu ilə birgə ilk dəfə fotolarını yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, oğlunun bir yaşını "Instagram" hesabında təbrik edən ifaçı onunla birgə gəzintidə lentə aldığı şəklinə "İlk doğum günün mübarək, oğlum. Bir il belə sürətlə gəldi, keçdi..." şərhini verib.

F.Məmmədov oğlunun üzünü gizlətmək üçün öndən deyil, arxadan çəkilən fotoları paylaşıb.

Sosial şəbəkə izləyiciləri F.Məmmədovun oğlunu bir yaşı münasibətilə təbrik edib, xoş sözlər yazıblar.

Qeyd edək ki, F.Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır.

Milli.Az