Qırmızı zərfdə pul hədiyyəsi, sıyıq yemək qadağası - Çin Yeni ilinin özəllikləri...

24 Yanvar 2020 23:47

Çin Yeni ili, yaxud Yaz festivalı bu il yanvarın 25-də qeyd ediləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bayramlar bölgələrdən asılı olaraq, 15 gün davam edəcək, rəsmi Yeni il tətili isə 24-30 yanvar taxirlərində olacaq.

Çində ən məşhur hədiyyə qırmızı zərfdə puldur. Məbləğlərin də öz özəllikləri var. Məsələn, 8 rəqəmi var-dövlət rəmzidir, 4 rəqəmi isə ölüm mənasını verir. Çinlilərə armud və xrizantema hədiyyə etmək qəti qadağandır. Bundan başqa, Çin Yeni ilində sıyıq yemək olmaz. Bu, insanı yoxsul edə bilər.

Bayram necə qeyd olunur? Çinlilərə hansı hədiyyələri bəxş etmək olar, hansıları isə yox? Bu kimi sualları "Sputnik radio"ya müsahibəsində "Təəssüratlar dünyası" portalının redaktoru Yelena Şpiz cavablandırıb.

"Çin Yeni ilindən əvvəl hər bir ailə mütləq evində yaxşıca təmizlik işi aparır və qırmızı rəngdə bayram zərfləri və müxtəlif bağlamalar alır. Çinlilərdə hədiyyələri mütləq qırmızı qutu və ya qırmızı bağlamada bəxş etmək qəbul olunub. Həmçinin qırmızı və sarı rənglərin birləşməsi də müsbət qarşılanır, ağ və qara rəngləri isə tamamilə istisna etmək lazımdır, çünki onlar matəm rəngidir. Ailə formatında ən qəbul olunmuş hədiyyə qırmızı zərfdə puldur. Məbləğlərin öz xüsusiyyətləri var. Tərciyə edilir ki, məbləğdə var-dövlət rəmzi - 8 rəqəmi olsun, 6 və 9 rəqəmləri müsbət qarşılanır, ölüm rəmzi - 4 rəqəmi isə tmamilə istisna edilir. Çində numerologiya vacibdir, belə şeyləri nəzərə almaq lazımdır", - Yelena Şpiz danışıb.

Hədiyyələr mütləq cüt olmalıdır. Bu, ailədə harmoniyanı simvolizə edir.

"İki naringi hədiyyəsi çox məşhurdur. Yəni, gələn qonaqlar ev sahiblərinə iki naringi hədiyyə edir, qonaqlar gedəndə isə ev sahibləri də onlara iki naringi hədiyyə edir. Alkoqollu içkilər, siqaret, çay və meyvə, eləcə də uzunömürlülük və sağlamlığı möhkəmləndirən istənilən vasitələr hədiyyə etmək qəbul olunub. Elə şeylər də var ki, hansıları ki, çinlilərə Yeni ildə qətiyyən hədiyyə etmək olmaz: saat, çətir, ayaqqabı, armud, iti əşyalar və xrizantema. Daha bir maraqlı inanc: sıyıq yemək olmaz! Yeni il bayramlarında sıyıq yeməklə özünüzə yoxsulluğu çəkə bilərsiniz", - Yelena Şpiz bildirib.

Milli.Az