Xırdalanda su olmayacaq

24 Yanvar 2020 10:34

Xırdalan şəhərində yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulması ilə əlaqədar 24 yanvar 2020-ci il tarixində gün ərzində Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Milli.Az "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az