Dövlət komitəsi bu kitabların Azərbaycana idxalına icazə vermədi

24 Yanvar 2020 10:29

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikallığı təbliğ edən kitabların Azərbaycana idxal edilməsinə icazə verməyib.

Milli.Az xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata görə, 2019-cu ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Milli.Az