Qadın müəllim zirzəmidə şagirdləri ilə sevişdiyini boynuna aldı - FOTO

24 Yanvar 2020 11:39

Bir neçə il əvvəl əxlaqsızlıqda ittiham olunaraq saxlanılan qadın müəllim səhvini etiraf edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki. ABŞ-ın Nyu Cersi ştatında yerləşən Kolumbiya məktəbində ingilis dili fənni üzrə dərs keçən 40 yaşlı Nicole Dufault növbəti dəfə hakim qarşısına çıxarılıb.

O, ifadəsində 6 şagirdi ilə cinsi əlaqədə olduğunu etiraf edib. Qadın bildirib ki, məktəbin zirzəmisində azyaşlı şagirdlərinə qarşı seksual xarakterli hərəkətlər edib.

Onun məhkəməsi növbəti tarixə ertələnib.

Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir..

İsmayıl
Milli.Az