Stres azaltmaq üçün qəbul etdiyi dərman qızı kor etdi - FOTO

24 Yanvar 2020 13:54

17 yaşlı qızın stres azaltmaq üçün qəbul etdiyi dərmanlar əks təsir göstərib.

Milli.Az AA-ya istinadla xəbər verir ki, Türkiyənin Antalya şəhərində yaşayan 17 yaşlı Hikmet Mina Kara adlı qız imtahan stresini azaltmaq üçün həkimin tövsiyyə etdiyi dərmanları qəbul etdikdə bədəni həblərə əks reaksiya verib. Belə ki, qızın bədənində yanıq izləri əmələ gəlib, görmə qabiliyyətini itirib.

Halı pisləşən və görmə qabiliyyətini itirən qız Antalya dövlət xəstəxanasına yatırılıb. O, hazırda reanimasiyadadır.

Qızın anası iddia edir ki, ilk dəfə müraciət etdiyi klinikada ona yanlış dərmanlar yazılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

İsmayıl
Milli.Az