Qəbizlik, baş ağrıları, yorğunluq... - Orqanizminizdə bu maddə çatışmır

24 Yanvar 2020 22:57

Vitamin və minerallar orqanizmin normal fəaliyyətində çox böyük rol oynayır. Bəzən məhz onların defisiti müxtəlif pozulmaların inkişafına səbəb olur.

Milli.Az saglamolun.az-a istinadən orqanizmdə maqneziumun defisitinin simptomları haqqında məlumat təqdim edir. Maqneziumunun çatışmazlığı özünü bu kimi əlamətlərlə büruzə verir:

Şirin qidalara, şirniyyatlara meylliliyin artması
Əzələlərdə ağrı, sıxılma və qıcolmalar
Yuxunun pozulması, yuxusuzluq
Gərginlik, əsəbilik, depressiya
Qəbizlik
Keçməyən yorğunluq
Tez-tez təkrarlanan baş ağrıları
Ürək ritminin pozulması, aritmiya
Sizdə bu simptomların əkəsriyyəti varsa, qanda maqneziumun səviyyəsini yoxlamaq lazımdır. Analizi həkim təyin edir. Analiz damardan səhər saatlarında acqarına verilir. Analizdən əvvəl siqaret çəkmək və idmanla məşğul olmaq olmaz.

Maqneziumun defisiti aşkar olunarsa həkim xəstəyə maqnezium preparatını təyin edə bilər. Həmçinin qidalanmada bu mineralla zəngin olan məhsulları  artırmaq lazımdır. Bu məhsullar arasında:

keşyu
badam
qoz
araxis
püstə
balqabaq tumları
qarabaşaq
yulaf yarması
darı yarması
arpa yarması
göyərti

Milli.Az