Bakıda birmərtəbəli ev yanıb

24 Yanvar 2020 08:49

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az