İspaniyada soyuq hava 13 nəfərin ölümünə səbəb olub

24 Yanvar 2020 08:42

İspaniyada güclü külək, qarla müşayiət edilən soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi. Son ölüm faktı Tarraqona əyalətində qeydə alınıb.

Bildirilir ki, 50 yaşlı qayalar arasında balıq tutarkən ölüb.

Əyalət hakimiyyəti insanları daha diqqətli olmağa çağırıb.

Milli.Az