İspaniya Avropada birinci olaraq kömürdən tam imtina edə bilər

24 Yanvar 2020 22:14

İspaniya Avropada kömürlə işləyən elektrik stansiyalarında alınan enerjidən tam imtina edən ilk ölkə ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 40 ildə İspaniyada kömürlə alınan elektrik enerjisinin həcmi azalaraq 5 faizə endirilib.

2025-ci ildə bu ölkədə kömürlə işləyən yalnız bir elektrik stansiyası olması, 2027-ci ildə isə belə stansiyaların ümumiyyətlə olmaması nəzərdə tutulur.

Milli.Az