Pens Netanyahunu Ağ Evə dəvət edib

24 Yanvar 2020 07:53

ABŞ vitse-prezidenti Mayk Pens İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evə dəvət edib.

Trend-in "RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə M.Pens ABŞ-ın Yerusəlimdəki paytaxtında B.Netanyahu ilə görüşü zamanı bildirib.

M.Pens deyib: "Prezident D.Tramp regional problemləri, o cümlədən burada, Müqəddəs torpaqda sülhün yollarını müzakirə etmək üçün baş nazir B.Netanyahunu gələn həftə Ağ Evə dəvət etməyimi istədi".

ABŞ vitse-prezidenti əlavə edib ki, Ağ Evə həmçinin müxalifət blokunun lideri Beni Qants da dəvət edilib.

Milli.Az