Bakıda qadın evdə bıçaq xəsarəti alıb

23 Yanvar 2020 21:58

Bakının Nizami rayonunda 34 yaşlı qadın evdə bıçaq xəsarəti alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə E.Süleymanov küçəsində baş verib.

1986-cı il təvəllüdlü Quliyeva Aynurə Asif qızı yaralı halda 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az