Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var

23 Yanvar 2020 21:56

Bakının Nəsimi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması zamanı 1990-cı il təvəllüdlü Cəfərov Müşfiq Əfsər oğlu ağır xəsarət alıb.

Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az